...

"Bakı" klubunun üzvləri Fransada treninqlərdən yararlanacaqlar

İdman Materials 25 Sentyabr 2013 12:15 (UTC +04:00)
"Bakı" Futbol Klubu ilə Fransanın "Lans" klubu arasında əməkdaşlıq sazişi imzalanacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açıqlama verib.
"Bakı" klubunun üzvləri Fransada treninqlərdən yararlanacaqlar

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

"Bakı" Futbol Klubu ilə Fransanın "Lans" klubu arasında əməkdaşlıq sazişi imzalanacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açıqlama verib.

Səfir qeyd edib ki, Fransa idman sahəsində, xüsusilə futbolda ən yaxşı treninqlər keçirmək təcrübəsinə malkdir və bu əməkdaşlıq çərçivəsində də "Bakı" klubunun üzvləri Fransada bu treninqlərdən yararlanacaqlar.

P.Mönye deyib ki, "Bakı" Futbol Klubunun həmçinin İspaniyanın "Atletiko Madrid" klubu ilə də əməkdaşlıq müqaviləsi var: "Beləliklə, üç klub birgə səmərəli əməkdaşlıq edəcək".

P.Mönye Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı qeyd edib ki, Fransa şirkətləri idman tədbirlərinin hazırlanmasında böyük təcrübəyə malikdirlər.

Səfir bildirib ki, hazırda 20-yə yaxın Fransa şirkəti Bakıdadır. Onun sözlərinə görə, əsas məsələlərdən biri nəqliyyatın menecmentidir: "Bakıda maşınlar çoxdur, tez-tez tıxaclar olur. 2015-ci ildə hərəkətin tənzimlənməsi üçün xüsusi yollar ayrılmalıdır, xüsusi avtobuslar olmalıdır. Fransanın "Sistira", "Egit" şirkətləri bu sahədə təkliflərini irəli sürüblər. Digər fəaliyyət sahələrində də, məsələn, atəşfəşanlıq, müvəqqəti stadionların qurulması, hazır binaların daxilində bəzi işlərin görülməsində və digər sahələrdə fransız şirkətləri öz xidmətlərini təklif edirlər".

Səfir gənclər və idman naziri Azad Rəhimovun Fransaya dəvət olunduğunu deyib. Diplomat idmanın iki ölkə arasında əməkdaşlıq sahələrindən biri olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti