...

Futbol üzrə DÇ-nin 100 illiyinə həsr olunmuş filmin çəkilişləri Azərbaycanda da aparılır

İdman Materials 22 Oktyabr 2013 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Futbol üzrə dünya çempionatının 100 illiyinə həsr olunmuş filmin çəkilişləri Azərbaycanda da aparılır.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Fransa şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FIFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir.

Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrə ilə yanaşı, Azərbaycanda da aparılır. Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.

Filmdə Beynəlxalq Futbol Federasiyasının prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti