...

Məhkəmə fırıldaçılıqda günahlandırılan "Barselona" prezidentinin işinə baxacaq

İdman Materials 22 Yanvar 2014 17:43 (UTC +04:00)
Madrid məhkəməsi fırıldaçılıqda ittiham edilən "Barselona" futbol klubunun prezidenti Sandro Rosselin işinə baxacaq.
Məhkəmə fırıldaçılıqda günahlandırılan "Barselona" prezidentinin işinə baxacaq

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Madrid məhkəməsi fırıldaçılıqda ittiham edilən "Barselona" futbol klubunun prezidenti Sandro Rosselin işinə baxacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, S.Rosselin braziliyalı hücumçu Neymarın kluba transfer edilməsi zaman maliyyə fırıldağına əl atdığı iddia edilir.

Məhkəmə dinləmələrinin vaxtı hələ təyin edilməyib.

"Barselona" prezidenti təqribən 40 milyon avro həcmində rüşvət almaqda təqsirləndirilir. Məlumata əsasən, Neymarın transfer qiyməti bəyan edildiyindən daha çoxdur.

Belə ki, Neymara görə Kataloniya təmsilçisi 57,1 milyon avro deyil, təqribən 94,4 milyon avro ödəyib.

Qeyd edək ki, 21 yaşlı Neymar ötən il "Barselona" ilə beşillik müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti