...

Azərbaycan güləşçiləri Dünya Kubokunda üçüncü oldular

İdman Materials 16 May 2014 18:09 (UTC +04:00)
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.
Azərbaycan güləşçiləri Dünya Kubokunda üçüncü oldular

Azərbaycan, Bakı, 16 may /Trend/

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak ediblər.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparıblar. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayıblar.

Güləşçilərimiz ilk olaraq yerli İran güləşçiləri ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma İran komandasının xeyrinə başa çatıb. Qrupun ikinci görüşündə güləşçilərimiz Ermənistan komandası ilə yarışıb. Bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib və görüş komandamızın 8:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupda 3-cü görüşü Koreya güləşçilərinə qarşı keçirən komandamız 5:3 hesabı ilə qalib gəlib. Güləşçilərimizin qrupda sonuncu görüşü Finlandiya yığmasına qarşı olub. Bu görüşü də qələbə ilə başa vuran yığmamız qrupda 2-ci yerdə qərarlaşıb.

Qaydalara əsasən, qruplarda 2-ci nəticə göstərən komandalar Dünya Kubokunun bürünc medalı uğrunda qarşılaşır. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini üstələyən yığmamız yarışları üçüncü sırada tamamlayıb və Dünya Kubokunun bürünc medalına sahib olub.

Xəbər lenti

Xəbər lenti