...

Messinin İspaniyada vergidən yayınması 30 milyon avroya başa gələcək

İdman Materials 23 İyun 2014 16:03 (UTC +04:00)
“Barselona” komandası və Argentina yığmasının hücumçusu Lionel Messi İspaniya xəzinəsinə təqribən 30 milyon avro ödəməlidir.
Messinin İspaniyada vergidən yayınması 30 milyon avroya başa gələcək

Azərbaycan, Bakı, 23 iyun /Trend/

"Barselona" komandası və Argentina yığmasının hücumçusu Lionel Messi İspaniya xəzinəsinə təqribən 30 milyon avro ödəməlidir.

Trend-in "Marca" qəzetinə istinadən verdiyi məlumata əsasən, futbolçu 2007-2009-cu illərdə vergidən yayındığına görə 2,7 milyon vəsaiti cərimə qismində ödəyəcək. Argentinalı idmançı 25 milyon vəsaiti isə 5 il ərzində köçürəcək. Belə ki, o, 2010-2012-ci illərdə də vergidən yayınma hallarına yol verib.

Qeyd edək ki, ötən gün L.Messiyə qarşı bütün rəsmi ittihamlar geri götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti