Azərbaycan, Bakı, 6 avqust /Trend/
Avqustun 20-də keçiriləcək Azərbaycan - Özbəkistan yoldaşlıq oyununun baş hakimi gürcüstanlı FİFA referisi George Vadaçkoria olacaq.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, G.Vadaçkoriaya ona Levan Varamişvili və Levan Todria kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Özbəkistan oyunu saat 21:00-da başlayacaq.