Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Güləş üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız təqvim planına uyğun olaraq təlim-məşq toplanışlarını davam etdirir.
Trend Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, noyabrın 1-dən etibarən isə, yığma komandalarımızla birgə təlim-məşq toplanışında Yaponiya güləşçiləri də iştirak edir. Yaponiyanın bir qrup yeniyetmə yunan-Roma, həmçinin yeniyetmə və gənclərdən ibarət qadın güləşçiləri ölkəmizdə səfərdədir.
Ümumilikdə 11 yapon güləşçinin iştirak etdiyi təlim-məşq toplanışı noyabrın 7-dək davam edəcək.