...

Ronaldonun güdazına gedən futbolçular

İdman Materials 11 Fevral 2015 13:55 (UTC +04:00)
Madrid "Real"ının rəhbərliyi Sami Xedira və Xames Rodrigesə sanksiyalar tətbiq edə bilər.
Ronaldonun güdazına gedən futbolçular

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Madrid "Real"ının rəhbərliyi Sami Xedira və Xames Rodrigesə sanksiyalar tətbiq edə bilər. Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb onların Kriştiano Ronaldonun ad gününə həsr edilmiş tədbirə getməsi olub.

Fevralın 5-də portuqaliyalı futbolçunun 30 yaşı tamam olub. Tədbir isə fevralın 7-də keçirilib. Tədbirdən şəkillərdə Xedira, Xames və Luka Modriç əks olunub.

"Real" "Atletiko"ya 0:4 hesabı ilə uduzduqdan sonra belə tədbirin keçirilməsi ictimaiyyətin kəskin narazılığına səbəb olub. Bundan başqa ad gününə getmiş futbolçular zədəli olublar.

Modriç hərəkətinə görə üzr istəyib. Bu səbəbdən onun sanksiyalara məruz qalmayacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti