...

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib (FOTO)

İdman Materials 13 Mart 2015 18:53 (UTC +04:00)
Martın 12-13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və nazirlik işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 mart /Trend/

Martın 12-13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və nazirlik işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda 20 komandadan 80-ə yaxın idmançı iştirak edib. Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) komandası tutub.

Şəxsi göstəricilərə görə Yevgeniy Kasilov (DYMX), Elmir Hüseynov (Gəncə Regional Mərkəzi) və Rəşad Kəsəmənli (FHN-in Akademiyası) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.

Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti