...

Azərbaycan futbolu üçün növbəti uğursuzluq

İdman Materials 21 Mart 2015 23:25 (UTC +04:00)
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulub.
Azərbaycan futbolu üçün növbəti uğursuzluq

Azərbaycan, Bakı, 21 mart /Trend/

Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına yekun vurulub.

Trend-in məlumatına görə, Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb. İki turdan sonra birinci yerdə qərarlaşan millimizə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması üçün heç-heçə də kifayət edirdi. Ancaq bu oyunda Azərbaycan Ukraynaya 3:2 hesabı ilə uduzub. Bu nəticə ilə Ukrayna qrupu birinci pillədə tamamlayıb.

Turun digər oyununda Belçika Danimarkaya 5:3 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti