...

Güləşçilərimiz Türkiyədə beynəlxalq turnirin ilk günündə 2 medal qazanıblar (FOTO)

İdman Materials 29 Mart 2015 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində ilk gün 2 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turnir keçirilir. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edir.

Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıblar. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Turnir bu gün 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanların mübarizəsi ilə davam edəcək. Güləşçilərimizdən Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Hacımurad Ömərov (70 kq) və Aleksandr Qostiyev (86 kq) turnirin mükafatçıları sırasına düşməyə çalışacaqlar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti