...

Güləşçilərimiz Türkiyədən 1 qızıl və 2 bürünc medalla qayıdıblar (FOTO)

İdman Materials 30 Mart 2015 10:06 (UTC +04:00)
Güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində 1 qızıl və 2 bürünc medal qazanıblar.
Güləşçilərimiz Türkiyədən 1 qızıl və 2 bürünc medalla qayıdıblar (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimiz Yaşar Doğunun xatirə turnirində 1 qızıl və 2 bürünc medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turnir keçirilib. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın 6 üzvü iştirak edib.

Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıb. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirin ikinci günündə isə, təmsilçimiz Aleksandr Qostiyev (86 kq) yığmamıza qızıl medal qazandırıb. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz həlledici görüşdə Polşa təmsilçisinə də heç bir şans verməyib.

Beləliklə, Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turniri sərbəst güləşçilərimiz 1 qızıl və 2 bürünc medalla başa vurublar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti