...

Azərbaycanın iki güləşçisi dünya reytinq siyahısında birincidir

İdman Materials 7 Aprel 2015 14:43 (UTC +04:00)
Güləçilərimiz Rəsul Çunayev və Rafiq Hüseynov yenə birinci oldu.
Azərbaycanın iki güləşçisi dünya reytinq siyahısında birincidir

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir İlkin İzzət/

Güləçilərimiz Rəsul Çunayev və Rafiq Hüseynov yenə birinci oldu.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

R.Çunayev (71 kq) və R.Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib.

S.Təhmasibi 2-ci, H.Əliyev və E.Mürsəliyev siyahıda 5-ci yerdədirlər. Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.

59 kq

14. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (13)

66 kq

5. Həsən Əliyev - DÇ 5-ci yer (5)

17. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)

71 kq

1. Rəsul Çunayev - DK 1-ci yer (1)

75 kq

5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq

1. Rafiq Hüseynov - DK 1-ci yer (1)

85 kq

2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)

6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (8)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti