...

Velosipedçilərimizin Avropa yarışları davam edir

İdman Materials 18 Aprel 2015 00:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Avropa turları çərçivəsində həftəsonu daha bir yarışda iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçilərimiz aprelin 18-19-da birinci mərhələsi Serbiyada, ikinci mərhələsi isə Bosniya və Herseqovinada təşkil olunacaq 1.2 kateqoriyalı "Banjaluka-Belgrade" veloyürüşündə mübarizə aparacaqlar.

Bu yarışda komandamız Elçin Əsədov, İsmayıl İlyasov, Matey Müqerli, Aleksandr Surutkoviç, Yannis Tamuridis və Dennis van Vindenlə təmsil olunacaq. Əvvəlcədən "Banjaluka-Belgrade"da iştirakı planlaşdırılan sprinterimiz Maksim Averin isə bu yarışda mübarizə apara bilməyəcək. "Synergy Baku"nun meneceri David McQuaidın sözlərinə görə, məşq zamanı əlindən yüngül zədə alan Averinə aprelin sonlarında Fransada keçiriləcək "Tour de Bretagne" və mayda təşkil olunacaq "Tour d'Azerbaidjan" yarışına qədər tam sağalması üçün istirahət verilməsi qərara alınıb.

Şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti