...

Sərbəst güləşçilərimiz mövqelərini qoruyublar

İdman Materials 3 İyun 2015 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Sərbəst güləşçilərimiz dünya reytinq siyahısında mövqelərini qoruyublar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il may ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sərbəst güləşçilərimizdən 9 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

65 kq

4. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (4)

12. Hacı Əliyev - Paris Qran Pri turniri 3-cü yer (13)

17. Toğrul Əsgərov - Dünya Kuboku 3-cü yer (15)

70 kq

10. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)

74 kq

11. Cəbrayıl Həsənov - Dünya Kuboku 3-cü yer (11)

86 kq

14. Aleksandr Qostiyev - Yaşar Doğu turniri 1-ci yer (13)

97 kq

2. Xetaq Qazyumov - A.Medved turniri 1-ci yer (2)

3. Şərif Şərifov - A.Medved turniri 2-ci yer (3)

125 kq

14. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (12)

İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti