...

PFL-dən klublara xəbərdarlıq

İdman Materials 23 İyul 2015 14:50 (UTC +04:00)
2015/2016 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar yeni cədvələ uyğun olaraq sifariş vərəqələrini Peşəkar Futbol Liqasına təqdim etməlidir.
PFL-dən klublara xəbərdarlıq

Azərbaycan, Bakı, 23 iyul /Trend/

2015/2016 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək klublar yeni cədvələ uyğun olaraq sifariş vərəqələrini Peşəkar Futbol Liqasına təqdim etməlidir.

Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun üçün hər kluba 4 saat vaxt ayrılıb.

Klubların ötən mövsümkü nəticələrinə əsasən onlar üçün konkret günlər müəyyənləşdirilib. "Kəpəz"lə "Zirə" avqustun 1-də, "Rəvan"la "Sumqayıt" 3-də, "Xəzər Lənkəran"la AZAL 4-də, "Neftçi" ilə "Qəbələ" ayın 5-də, "İnter" və "Qarabağ" isə avqustun 6-da sifariş vərəqələrini PFL-ə təqdim edəcək.

Qeyd edək ki, adları birinci yazılan klublar saat 09:00-13:00-da, ikincilər isə saat 14:00-18:00-da iştirak ərizələrini PFL-ə göndərməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti