...

Sərbəst güləşçilərimiz ilk gün 1 qızıl, 3 bürünc qazandılar (FOTO)

İdman Materials 5 Avqust 2015 00:53 (UTC +04:00)
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.
Sərbəst güləşçilərimiz ilk gün 1 qızıl, 3 bürünc qazandılar (FOTO)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, proqrama əsasən, çempionatın ilk günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. İlk yarış gününü güləşçilərimiz 1 qızıl və 3 bürünc medalla başa vurublar. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

42 kq-da təmsilçimiz Ə.Məmmədəliyev mübarizəyə Latviya və Ermənistan güləşçiləri üzərində qələbə ilə başlayıb. Yarımfinalda Türkiyə təmsilçinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Polşa güləşçisinə heç bir şans verməyən Əsgər vaxtından əvvəl qələbə qazanaraq Avropa çempionatının bürünc medalına sahib olub.

50 kq çəkidə mübarizə aparan İ.Bazarqanov bütün rəqiblərinə böyük hesabla qalib gələrək finala yüksəlib. Final yolunda Yunanıstan, Fransa və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıran güləşçimiz həlledici görüşdə Moldova idmançısı ilə qarşılaşıb. Vaxtından əvvəl tam üstünlüklə qələbə əldə edən İslam Avropa çempionatının qızıl medalını qazanıb.

58 kq-da çıxış edən təmsilçimiz G.Qadisa Estoniya və Rumıniya güləşçilərinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Gürcüstan idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşüb. Polşa təmsilçisinə də heç bir şans verməyən idmançımız Avropa çempionatının bürünc medalına sahib olub.

69 kq-da mübarizə aparan İ.Abdullayev ilk görüşdə Belarus idmançısına qalib gəlsə də, gürcüstanlı rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Bu şansı müsbət dəyərləndirən İsmayıl Türkiyə və Yunanıstandan olan rəqiblərini üstələyib. Bürünc medal uğrunda son görüşdə onun rəqibi Bolqarıstan idmançısı olub. Görüşü öz xeyrinə tamamlayan İ.Abdullayev Avropa çempionatının bürünc medalına yiyələnib.

85 kq çəkidə yarışan Rahid Həmidli ilk görüşdə Macarıstandan olan rəqibini məğlub edib, Türkiyə təmsilçisinə isə uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Moldova təmsilçisi üzərindəki qələbə ilə Rahid bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz qələbəni son saniyədə əldən verib və çempionatı 5-ci sırada tamamlayıb.

42 kq
1/8 final - Arturs Karabans (Latviya) - Əsgər Məmmədəliyev 4:15
1/4 final - Razmik Papikyan (Ermənistan) - Əsgər Məmmədəliyev 2:4
1/2 final - Kara Doğan (Türkiyə) - Əsgər Məmmədəliyev 8:4
Bürünc medal görüşü - Kristian Brzezinski (Polşa) - Əsgər Məmmədəliyev 0:10

50 kq
1/8 final - İslam Bazarqanov - Qriqorian Narek (Yunanıstan) 10:0
1/4 final - İslam Bazarqanov - Enrik Bataille (Fransa) 8:0
1/2 final - İslam Bazarqanov - Ertuğrul Kahveci (Türkiyə) 15:2
FİNAL - Petru Craciun (Moldova) - İslam Bazarqanov 0:10

58 kq
1/8 final - Geriya Qadisa - Marek Kett (Estoniya) 10:0
1/4 final - Geriya Qadisa - Norbert Molnos (Rumıniya) 10:0
1/2 final - Geriya Qadisa - Aleko Lomidze (Gürcüstan) 4:6
Bürünc medal görüşü - Kristian Piskorz (Polşa) - Geriya Qadisa 0:10

69 kq
1/16 final - İsmayıl Abdullayev - Vadim Kalatsei (Belarus) 9:0
1/8 final - İsmayıl Abdullayev - İveriko Julakidze (Gürcüstan) 5:6
Təsəlliverici görüş - İbrahim Çağlayan (Türkiyə) - İsmayıl Abdullayev 2:3
Təsəlliverici görüş - İsmayıl Abdullayev - Teodoros İdsifidis (Yunanıstan) 4*:4
Bürünc medal görüşü - İsmayıl Abdullayev - Can Bekir (Bolqarıstan) 10:4

85 kq
1/8 final - Rahid Həmidli - Patrik Szurovski (Macarıstan) 3:1
1/4 final - Rahid Həmidli - Seyyar Nail (Türkiyə) 7:9
Təsəlliverici görüş - George Erhan (Moldova) - Rahid Həmidli 1:3
Bürünc medal görüşü - Rahid Həmidli - Beka Tçelidze (Gürcüstan) 3:5

Məqalədə:
Xəbər lenti

Xəbər lenti