Azərbaycan, Bakı, 20 avqust /Trend/
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" futbol klubu Yunanıstan komandası "Panatinakos"-u qəbul edib.
Gərgin keçən oyunda, hesab açılmayıb - 0:0.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Afinanın "Apostolos Nikolaidis" stadionunda keçiriləcək.