...

Hakimlərimizə beynəlxalq təyinat

İdman Materials 1 Sentyabr 2015 17:47 (UTC +04:00)
FIFA referisi Orxan Məmmədov və FIFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar.
Hakimlərimizə beynəlxalq təyinat

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

FIFA referisi Orxan Məmmədov və FIFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qurupunda keçiriləcək oyunlarda iştirak edəcəklər.

Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti