...

Məhəmmədrəsul Məcidov dünya çempionatında iştirak edə bilməyəcək

İdman Materials 1 Oktyabr 2015 16:41 (UTC +04:00)
Boks üzrə milli komandamız bu gün Bakıda son məşqini edib. Seçməmiz sabah dünya çempionatının keçiriləcəyi Qətərin paytaxtı Dohaya yola düşəcək.
Məhəmmədrəsul Məcidov dünya çempionatında iştirak edə bilməyəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Boks üzrə milli komandamız bu gün Bakıda son məşqini edib. Seçməmiz sabah dünya çempionatının keçiriləcəyi Qətərin paytaxtı Dohaya yola düşəcək.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda millimizin heyətində 9 boksçunun iştirak etməsi nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Belə ki, həkimlər Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər.

Avropa Oyunlarında zədələnən boksçumuz Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.

M.Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib: "Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəyəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu son şans deyil. Qarşıda hələ lisenziya turnirləri var. Əvvəlcə İstanbulda, gələn il son yarış isə Bakıda keçiriləcək. İnanıram ki, olimpiadaya vəsiqə qazanaraq orada uğurla çıxış edəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti