Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilir.
Trend-in məlumatına görə, "Qarabağ" Bakıda Belçikanın "Anderlext" klubunu qəbul edib.
Ağdam təmsilçisinin üstünlüyü ilə keçən ilk hissənin 36-cı dəqiqəsində azarkeşlərimiz sevinib - Riçard Almeydanın zərbəsi dəqiq alınıb - 1:0.
Daha gərgin və maraqlı keçən ikinci hissədə isə qapılar toxunulmaz qalıb. Təmsilçimiz minimla hesabla qələbə qazanıb.
Beləliklə, "Qarabağ" "J" qrupunda 2 oyundan 3 xalla ikinci sıradadır. 4 xallı "Tottenhem" qrup lideridir.