...

Azərbaycan futbol üzrə DÇ-2018-in təşkilinə kömək edir

İdman Materials 2 Oktyabr 2015 14:38 (UTC +04:00)
Azərbaycan 2018-ci il futbol üzrə dünya çempionatın ın oyunlarını qəbul edəcək Sankt-Peterburqun tikilməkdə olan "Zenit-Arena" stadionu üçün bayraq ağacları istehsal edəcək.
Azərbaycan futbol üzrə DÇ-2018-in təşkilinə kömək edir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan 2018-ci il futbol üzrə dünya çempionatının oyunlarını qəbul edəcək Sankt-Peterburqun tikilməkdə olan "Zenit-Arena" stadionu üçün bayraq ağacları istehsal edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı üzrə Komitənin sədri Elgiz Kaçayev Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu çərçivəsində deyib.

O bildirib ki, biz Sumqayıt Texnologiyalar Parkında olduq və oradakı istehsal məhsullarından çox razı qaldıq: "Orada bizim "Zenit-Arena" üçün bayraq ağaclarının istehsalı təşkil ediləcək. Ümumilikdə Azərbaycan müəssisələrinin texnoloji səviyyəsi böyük təsir bağışlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti