Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkü atılıb.
Trend Peşəkar Futbol Liqasına (PFL) istinadən məlumat verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbirdə PFL-in prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər. 19 komandanın mübarizə aparacağı turnirdə 1/16 final mərhələsinin və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.
Qeyd edək ki, 1/16 və 1/8 final mərhələsinin qalibi 1 oyunda müəyyənləşəcək. 1/4 finaldan etibarən qalib ev-səfər prinsipinə əsasən bəlli olacaq.
14 oktyabr (çərşənbə)
1/16 final mərhələsi
MOİK - "Turan Tovuz"
"Şahdağ" - "Şəmkir"
"Şərurspor" - "Qaradağ Lökbatan"
2 dekabr (çərşənbə)
1/8 final mərhələsi
MOİK-"Turan Tovuz" cütünün qalibi // "İnter"
"Rəvan" - "Bakı"
"Qarabağ" // "Şahdağ" - "Şəmkir" cütünün qalibi
"Neftçala" - "Sumqayıt"
"Neftçi" // "Şərurspor" - "Qaradağ Lökbatan" cütünün qalibi
"Xəzər Lənkəran" - "Kəpəz"
"Qəbələ" - "Mil-Muğan"
AZAL - "Zirə"