...

Bakıda kişi idman gimnastikası üzrə çoxnövçülükdə yarışlar başlayıb (FOTO)

İdman Materials 5 Dekabr 2015 13:09 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi çərçivəsində yarışların son günü start götürüb.
Bakıda kişi idman gimnastikası üzrə çoxnövçülükdə yarışlar başlayıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi çərçivəsində yarışların son günü start götürüb.

Trend-in məlumatına görə, bu gün gənclər (1998-2000), yeniyetmələr (2001-2002), balacalar (2003-2004), uşaqlar (2005-2006) və kiçiklər (2007-2008) çoxnövçülük üzrə yarışlarda medallar uğrunda mübarizə aparacaqlar.

Əvvəlki iki gündə akrobartika və qadın idman gimnastikası üzrə yarışlarda qaliblər müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti