...

Stolüstü tennisçilərimiz Fransada gümüş medal qazanıblar

İdman Materials 23 Fevral 2016 17:41 (UTC +04:00)
Stolüstü tennisçilərimiz Fransada keçirilmiş turnirdə gümüş medal qazanıblar.
Stolüstü tennisçilərimiz Fransada gümüş medal qazanıblar

Bakı. Trend:

17-21 fevral 2016-cı il tarixlərində Fransanın Mets şəhərində yeniyetmə və azyaşlılar arasında keçirimiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, 29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilib.

Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finala qədər yüksələrək Fransanın komandasına məğlub olublar.

Yeniyetmə oğlanlardan ibarət komandamız isə 1/2 finalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə ediblər. Komandamız finalda II yer tutaraq gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti