Bakı. Trend:
"Barselona" heyətini yeni müdafiəçi ilə gücləndirib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi PSJ-nin müdafiəçisi Lyuk Dini transfer edib.
22 yaşlı fransız futbolçunun transferi “Barselona”ya 16,5 milyon avroya başa gəlib.
L.Dinin “Barselona”da çıxışı ilə əlaqədar futbolçuya 4 milyon həcmində müəyyən bonuslar da ödənilə bilər.L.Din ötən mövsüm “Roma”da icarə əsasında oynayıb.