Bakı. Trend:
Azərbaycan cüdoçusu Rövşən Səfərov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Trend-in məlumatına görə, 81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz belaruslu Aleksandr Kazlova qalib gəlib.
R.Səfərov 1/4 final mərhələsində Ukrayna cüdoçusu Aleksandr Kosinovla qarşılaşacaq.