...

Rio-2016: Azərbaycan bürünc medal qazandı

İdman Materials 10 Sentyabr 2016 00:58 (UTC +04:00)
Cüdoçumuz Rövşən Səfərov Böyük Britaniya təmsilçisi Dreyn Conatan üzərində qələbə qazanaraq Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb
Rio-2016: Azərbaycan bürünc medal qazandı

Bakı. Trend:

Cüdoçumuz Rövşən Səfərov Böyük Britaniya təmsilçisi Dreyn Conatan üzərində qələbə qazanaraq Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici “London-2012” ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti