...

Beynəlxalq turnirdə Azərbaycan millisinin 9 boksçusu finala yüksəlib

İdman Materials 14 İyun 2017 10:27
Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.
Beynəlxalq turnirdə Azərbaycan millisinin 9 boksçusu finala yüksəlib

Trend-i buradan izləyin

Bakı. Trend:

Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb. Həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanıb.

13 çəki dərəcəsində keçiriləcək finallarda Gürcüstan 5, Özbəkistan və Qazaxıstan 4, Macarıstan, Ukrayna, Qırğızıstan, həmçinin yarışa son anda qatılan Rusiya 1 idmançı ilə təmsil olunacaq.

Yarımfinal mərhələsində məğlub olan boksçular isə bürünc medalla kifayətləniblər. Turnirdə 2 komanda ilə çıxış edən yığmamızın aktivinə artıq 10 belə mükafat yazılıb. Ukrayna və Qazaxıstanın hərəyə 5 idmançısı finala vəsiqə qazana bilməyib. Onlarla yanaşı, Naxçıvandan Qırğızıstanın 3, Özbəkistanın 2 və Gürcüstanın 1 bürünc medalla ayrılacağı da dəqiqləşib.

Qeyd edək ki, turnirdə İran millisinin heç bir boksçusu mükafatçılar sırasına düşə bilməyib.

46 kq

Yarımfinallar

Balaman Maksimov (Qırğızıstan) - Maqsud Xasmetov

Akiklbek Muxtarov (Qazaxıstan) - Luka Kublaşvili (Gürcüstan)

Final

Maqsud Xasmetov - Luka Kublaşvili (Gürcüstan)

48 kq

Yarımfinallar

Avdey Çarenko (Rusiya) - Sənan Əhmədov

Eltac Cəfərzadə - Rüfət Fətullayev

Final

Avdey Çarenko (Rusiya) - Rüfət Fətullayev

50 kq

Yarımfinallar

Kənan Abışov - Amid İbodullayev (Özbəkistan)

Kənan Səfiyev - Eldar Qoqlaşvili (Gürcüstan)

Final

Amid İbodullayev (Özbəkistan) - Eldar Qoqlaşvili (Gürcüstan)

52 kq

Yarımfinallar

Mamuka Abuladze (Gürcüstan) - Əhməd Rzayev

Əzrək Bəbirov - Biybaris Ceksen (Qazaxıstan)

Final

Mamuka Abulzade (Gürcüstan) – Əzrək Bəbirov

54 kq

Yarımfinallar

Ağasəlim Mustafazadə - Rəşid Həsənov

Aytcan Aşirxan (Qazaxıstan) - Hayrullo Alimatov (Özbəkistan)

Final

Ağasəlim Mustafazadə - Aytcan Aşirxan (Qazaxıstan)

57 kq

Yarımfinallar

Maksim Cubeylo (Ukrayna) - Elşən Cəbizadə

Qoqa Tsosonova (Gürcüstan) - Yavlonbek Yuldaşov (Özbəkistan)

Final

Elşən Cəbizadə - Yavlonbek Yuldaşov (Özbəkistan)

60 kq

Yarımfinallar

Samir Nəsirov - Lado Lomaya (Gürcüstan)

Nuradin Rustambek (Qırğızıstan) – Yuri Zaxareyev (Ukrayna)

Final

Lado Lomaya (Gürcüstan) - Nuradin Rustambek (Qırğızıstan)

63 kq

Yarımfinallar

Azamat Bektaş (Qazaxıstan) - Səlim Səlimov

İbrahim Cəfərzadə - Umar Kubaniçbek (Qırğızıstan)

Final

İbrahim Cəfərzadə - Azamat Bektaş (Qazaxıstan)

66 kq

Yarımfinallar

Bekbolat Abdukerim (Qazaxıstan) - Mikola Kovalenko (Ukrayna)

Dastan Onolbekov (Qırğızıstan) - Rüfət Nəbiyev

Final

Mikola Kovalenko (Ukrayna) - Rüfət Nəbiyev

70 kq

Yarımfinallar

Yusif Allahverdiyev - Cavid Qurbanov

Maksim Kofan (Ukrayna) - Erasil Yokpekov (Qazaxıstan)

Final

Erasil Yokpekov (Qazaxıstan) - Cavid Qurbanov

75 kq

Yarımfinallar

Maksut Kuandik (Qazaxıstan) - David Kojian (Macarıstan)

Madiyor Rejepov (Özbəkistan) - Murad Allahverdiyev

Final

David Kojian (Macarıstan) - Madiyar Rejepov (Özbəkistan)

80 kq

Yarımfinallar

Cəsur Yuldaşev (Özbəkistan) - Saqındık Tokalebay (Qazaxıstan)

Petro Bandusyak (Ukrayna) - İosif Çuniaşvili (Gürcüstan)

Final

Saqındık Tokalebay (Qazaxıstan) - İosif Çuniaşvili (Gürcüstan)

+80 kq

Yarımfinallar

Dmitro Borduq (Ukrayna) – Şaxrua Almatov (Özbəkistan)

Vüqar Səmədov - Arnur Axmetcanov (Qazaxıstan)

Final

Şaxura Almatov (Özbəkistan) - Vüqar Səmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti