...

Bu gün Azərbaycan Niderlandla 1/2 finalda qarşılaşacaq

İdman Materials 30 Sentyabr 2017 11:45 (UTC +04:00)
Bu gün Azərbaycan və Gürcüstanda voleybol üzrə Avropa çempionatının yarımfinal oyunları keçiriləcək.
Bu gün Azərbaycan Niderlandla 1/2 finalda qarşılaşacaq

Bakı. Şahin Kazımzadə - Trend:

Bu gün Azərbaycan və Gürcüstanda voleybol üzrə Avropa çempionatının yarımfinal oyunları keçiriləcək.

Trend-in məlumtına görə, Azərbaycan millisi Niderland komandası ilə qarşılaşacaq.

Ötən gün komandamızın lideri Valeriya Məmmədova bildirib ki, əsas məqsəd qızıl medal qazanmaqdır: "Ona görə, biz finala cıxmalıyıq".

Xatırladaq ki, bu qarşılaşma saat 18:00-da olacaq.

Qeyd edək ki, digər yarımfinal oyunu isə Gürcüstanda Serbiya ilə Türkiyə arasında olacaq. Bu qarşılaşma isə saat 20:30-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti