...

"Keşlə" - "Neftçi" oyununun yeri dəyişdirilib - SƏBƏB?

İdman Materials 6 Mart 2018 12:45 (UTC +04:00)
"Keşlə" - "Neftçi" oyununun yeri dəyişdirilib.
"Keşlə" - "Neftçi" oyununun yeri dəyişdirilib - SƏBƏB?

Bakı. Trend:

"Keşlə" - "Neftçi" oyununun yeri dəyişdirilib. Bu barədə Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir.

“Keşlə” klubu PFL-ə müraciət edərək, ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Premyer Liqanın XIX turunun matçının yerinin dəyişdirilməsini istəyib.

PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alaraq aşağıdakı qərarları qəbul edib: Premyer Liqanın XIX turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə “Bakcell Arena”da keçirilsin, XIX turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti