...

Çempionlar Liqası: "Bavariya" - "Real"

İdman Materials 13 Aprel 2018 15:17 (UTC +04:00)
Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
Çempionlar Liqası: "Bavariya" - "Real"

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, bu mərhələdə “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Roma” (İtaliya) klubları mübarizə aparacaqlar.

Püşkün nəticəsi:

“Bavariya” - "Real"
“Liverpul” - “Roma”

Qeyd edək ki, yarımfinalın ilk oyunları 24-25 aprel, cavab görüşləri isə 1-2 mayda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti