...

Ukrayna idmançısı: Azərbaycan Gimnastika Federasiyasında peşəkarlar çalışır

İdman Materials 29 Aprel 2018 15:57 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasında peşəkarlar çalışır.
Ukrayna idmançısı: Azərbaycan Gimnastika Federasiyasında peşəkarlar çalışır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Gimnastika Federasiyasında peşəkarlar çalışır.

Bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən ukraynalı idmançı Olena Dyaçenko deyib.

O, Dünya Kubokunda iştirak etmək üçün Bakıya ardıcıl ikinci dəfədir gəlir: "Hər dəfə Azərbaycan Gimnastika Federasiyasından peşəkar insanların bizimlə işləməsi çox xoşuma gəlir. Onlar bizə kömək edir, nə lazım olub-olmadığını soruşurlar".

Gimnast Bakıda Milli Gimnastika Arenasının çox gözəl olduğunu bildirib:

"Bu il qeydiyyat daha yaxşı oldu. Açılış mərasimini də çox bəyəndim, keçən dəfəki kimi çox maraqlı keçdi. Maskotların dəvət olunması da lap yerinə düşdü".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya Kubokunun final mərhələsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti