...

Dari Morozov: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir

İdman Materials 29 İyun 2018 18:00 (UTC +04:00)
İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir
Dari Morozov: İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir

Bakı. Cani Babayeva - Trend:

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının təşkili yüksək səviyyədədir.

Bunu Trend-ə kişilər arasında böyüklər kateqoriyasında birinci yer tutmuş Dari Morozov deyib.

Gimnast bildirib ki, öz çıxışından təəssüratları çox yaxşıdır və bundan sonra Şotlandiyada keçiriləcək Avropa çempionatına hazırlaşacaq:

“Avropa çempionatınadək yaxşı forma yığmalıyam. Mənim əksər proqramlarım üzərində işləmək lazımdır, bəzi kombinasiyaları qəlizləşdirmək lazımdır, o zaman mən məmnun olacağam”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirakı gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti