...

Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

İdman Materials 20 Avqust 2018 17:35 (UTC +04:00)
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub.
Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Bakı. Trend:

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Famil Xəlilova həvalə olunub.

Bu barədə Trend AFFA-nın saytına istinadən məlumat verir.

Ötən mövsüm "Qəbələ" klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışan Famil Xəlilovun rəhbərliyi ilə komanda AFFA-nın Gənclər Liqasının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti