...

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb

İdman Materials 12 Sentyabr 2018 16:56 (UTC +04:00)
Azərbaycanlı kamandan oxatan Ozay Qasımova 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanıb.
Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazanıb

Bakı. Trend:

Azərbaycanlı kamandan oxatan Ozay Qasımova 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, o, 27 sentyabr - 1 avqust tarixlərində Polşanın Leqniça şəhərində təşkil olunmuş kamandan oxatma üzrə Avropa Çempionatının fərdi kvota yarışlarında 4-cü yeri tutaraq bu nailiyəti əldə edib.

Avropa Çempionatında iştirak edən qadınlardan ibarət komandamız isə 24 ölkə arasında 9-cu yerin sahibi olub. Bu nəticə Azərbaycan Kamandan Oxatma Federasiyası (ARKOF) adına qazanılmış uğurdur.

Komanda yarışlarında Yunanıstan çempion olarkən Norveç ikinci, İsveç isə üçüncü yerə çıxıb.

Kamandan oxatma idmanı olimpiya idman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi dəstəkçisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti