...

"Liverpul" səfərdə "Arsenal"la oyunda qələbəni əldən verdi - 1:1

İdman Materials 4 Noyabr 2018 00:23 (UTC +04:00)
"Arsenal" futbol komandası İngiltərə Çempionatının 11-ci turu çərçivəsində "Liverpul"la heç-heçə edib.
"Liverpul" səfərdə "Arsenal"la oyunda qələbəni əldən verdi - 1:1

Bakı. Trend:

"Arsenal" futbol komandası İngiltərə Çempionatının 11-ci turu çərçivəsində "Liverpul"la heç-heçə edib.

Trend-in məlumatına görə, Londonda keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 61-ci dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Ceyms Milner açıb. Bu qol Milnerin "Premyer Liqa"da vurduğu 50-ci qol olub.

Oyunun 82-ci dəqiqəsində "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett hesabı bərabərləşdirib.

Turnir cədvəlinə 27 xalla "Liverpul" başçılıq edir. "Arsenal" isə dördüncü yerdə qərarlaşıb (23 xal).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti