...

Ronaldu daha bir rekorda imza atdı - "İnstaqram"da 150 milyondan çox izləyicisi olan yeganə insan

İdman Materials 2 Yanvar 2019 20:49 (UTC +04:00)
İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun "İnstaqram"ını 150 milyondan çox insan izləyir
Ronaldu daha bir rekorda imza atdı - "İnstaqram"da 150 milyondan çox izləyicisi olan yeganə insan

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun "İnstaqram"ını 150 milyondan çox insan izləyir.

Trend-in məlumatına görə, 32 yaşlı futbolçu "İnstaqram"da 150 milyondan çox izləyicisi olan yeganə insandır.

"İnstaqram"da izləyici sayına görə ikinci yerdə müğənni Selena Qomes (144,5 milyon), üçüncü yerdə isə müğənni Ariana Qrandedir (141,3 milyon).

K.Ronaldudan əlavə "İnstaqram"da futbolçular arasında 100 milyondan çox izləyicisi olanlar Fransanın "PSJ" klubunun braziliyalı hücumçusu Neymar (108,9 milyon) və İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messidir (105,1 milyon).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti