...

2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir

İdman Materials 15 Fevral 2019 09:43 (UTC +04:00)
2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir.
2030-cu il futbol üzrə dünya çempionatını 4 ölkə birlikdə təşkil etmək istəyir

Trend-i buradan izləyin

Bakı. Trend:

Argentina, Çili, Paraqvay və Uruqvay prezidentləri 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkili üçün birgə ərizə təqdim etmək qərarına gəliblər.

Trend-in məlumatına görə, dövlət başçıları FIFA-ya 1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyinin bayram edilməsi barədə ümumi mövqelərini çatdıracaqlar.

Bundan əvvəl Uruqvayın idman naziri Fernando Kaseres bəyan etmişdi ki, ölkəsi 2030-cu ildə dünya çempionatlarının 100 illik yubileyini qeyd etmək istəyir, lakin bunu tək təşkil etmək imkanı yoxdur.

Qeyd edək ki, sonuncu - 2018-ci il dünya çempionatı Rusiya keçirilib. Növbəti mundial isə 2022-ci ildə Qətərdə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti