...

"Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

İdman Materials 18 İyun 2019 17:54 (UTC +04:00)
Bu gün İsveçrənın Nyon şəhərində UEFA Avropa Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib
"Neftçi" və "Səbail" Avropa Liqasında bu klublarla qarşılaşacaq

Bakı. Trend:

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1-ci mərhələsinin püşkatması keçirilib.

Trend-in məlumatına görə, püşkatmanın nəticəsinə əsasən "Neftçi" və "Səbail" komandalarının rəqibləri məlum olub.

"Neftçi" 1-ci mərhələdə Moldovanın "Sperantsa" (Nisporen) klubu ilə qarşılaşacaq.

"Səbail"in rəqibi isə Rumıniyanın "Universtitatya Krayova 1948" klubu olacaq.

Hər iki klubumuz ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-i, cavab qarşılaşmaları isə 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti