...

Belaruslu idmançı: Milli Gimnastika Arenasını çox bəyənirəm

İdman Materials 23 İyul 2019 15:43 (UTC +04:00)
Milli Gimnastika Arenasının zalını çox bəyənirəm.
Belaruslu idmançı: Milli Gimnastika Arenasını çox bəyənirəm

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasının zalını çox bəyənirəm. Bunu Trend-ə Bakıda "EYOF Bakı-2019"da iştirak edən belaruslu gimnast Kiril Parximçuk deyib.

İdmançı bildirib: "Bakıda artıq ikinci dəfədir ki, çıxış edirəm, ilk dəfə bura Gənclər Olimpiya Oyunlarında iştirak etmək üçün gəlmişdim. Bugünkü çıxış pis olmadı, amma bir az atda hərəkətlərdə zəif oldum".

Belaruslu idmançı Azərbaycan gimnastlarının yarışlardakı çıxışlarını yüksək dəyərləndirib.

K.Parximçuk qeyd edib: "Azərbaycan gimnastlarının çıxışlarını izlədim, bizim çıxışlardan daha yaxşıdır. Amma biz də pis çıxış etmədik".

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti