...

“EYOF 2019”: Cüdoçuların yarışlarında qaliblər müəyyənləşib

İdman Materials 25 İyul 2019 18:10 (UTC +04:00)
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlarda 52 və oğlanların mübarizəsində 66 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
“EYOF 2019”: Cüdoçuların yarışlarında qaliblər müəyyənləşib

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında qızlarda 52 və oğlanların mübarizəsində 66 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.

Trend-in məlumatına görə, qızların yarışında final qarşılaşmasında hollandiyalı Elin Henninger ispaniyalı Ariane Toro Soleri məğlub edərək yarışın qalibi olub. Bürünc medallara rumıniyalı Aleksandra Paska və italiyalı Veronika Toniolo layiq görülüblər.

Oğlanların yarışında təmsilçimiz Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Szegediyə ipponla uduzub. Digər bürünc medal uğrunda görüşdə polşalı Mixal Kovalçuk yunanıstanlı Mixail Tsoutlasvilini məğlub edib. Yarışın qalibi isə finalda ukraynalı Serhi Nebotovu məğlub edən rusiyalı Sayxan Şabixanov olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti