...

Futzal üzrə Azərbaycan millisi Belarus yığmasına məğlub olub

İdman Materials 26 Avqust 2019 23:04 (UTC +04:00)
Futzal üzrə Azərbaycan milli komandası avqustun 26-da Belarus yığması ilə yoldaşlıq oyunu keçirib
Futzal üzrə Azərbaycan millisi Belarus yığmasına məğlub olub

Bakı. Trend:

Futzal üzrə Azərbaycan milli komandası avqustun 26-da Belarus yığması ilə yoldaşlıq oyunu keçirib.

Trend xəbər verir ki, Minskdəki MAPİD İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurublar.

Millimiz ikinci yoldaşlıq oyununu avqustun 28-də yenidən Belarus yığmasına qarşı keçirəcək. Matç Borisov şəhərində təşkil olunacaq.

Qeyd edək ki, millimiz oktyabrın 22-dən 27-dək Bakıda təşkil olunacaq dünya çempionatının əsas mərhələsinin qrup oyunlarında Slovakiya, Moldova və Monteneqro yığmaları ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti