...

Sloveniya gimnastı: Milli Gimnastika Arenasında hər şey gözəldir

İdman Materials 19 Sentyabr 2019 11:40 (UTC +04:00)
Milli Gimnastika Arenasında hər şey gözəldir, inanılmazdır və nağıl kimidir
Sloveniya gimnastı: Milli Gimnastika Arenasında hər şey gözəldir

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında hər şey gözəl, inanılmaz və nağıl kimidir.

Bunu Trend-ə Sloveniya gimnastı Yekaterina Vedeneyeva bədii gimnastika üzrə dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

O bildirib ki, Bakıda istənilən yarışın təşkili yüksək səviyyədə olur:

“Burada məşqlər və yarışlar üçün əla şərait yaradılıb, hər şey gözəl, inanılmaz və nağıl kimidir. Əbəs deyil ki, çempionatın şüarı “Nağıllar gerçəkləşəcək”dir. Əgər sən öz arzuna inanırsansa, ona doğru gedirsən”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti