...

Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək hər zaman rahatdır

İdman Materials 10 Oktyabr 2019 18:55 (UTC +04:00)
Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı olduğum üçün xoşbəxtəm.
Gənc gimnast: Milli Gimnastika Arenasında çıxış etmək hər zaman rahatdır

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı olduğum üçün xoşbəxtəm.

Bunu Trend-ə “Ocaq Sport” klubunu təmsil edən gimnast Ayla Hacıyeva deyib.

O, Milli Gimnastika Arenasında təşkil olunan yarışlarda ilk dəfə çıxış etmədiyini deyib.

“Arena çox gözəldir, zal böyükdür və gimnastlar üçün gözəl şərait yaradılıb. Burada çıxış etmək hər zaman rahatdır”.

Qeyd edək ki, bu gün bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti