...

Cüdoçumuz Avstraliyada gümüş medal qazanıb (FOTO)

İdman Materials 3 Noyabr 2019 17:43 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeniya açıq turnirinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, beynəlxalq yarışın ilk günü cüdoçumuz Nicat Şıxəlizadə gümüş medala sahib olub. Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan N.Şıxəlizadə Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan cüdoçumuz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti