Bakı. Trend:
Bu gün İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində "Lester" öz meydanında Liverpul"u qəbul edib.
Trend-in məlumatına görə, "Liverpul" çempionatda ən yaxın izləyicisi olan "Lester"i 0:4 hesabı ilə darmadağın edib.
Oyunda qolları R.Firmino (31-ci və 74-cü dəqiqələr), C.Milner (71-ci dəqiqə, penalti) və T.Aleksandr-Arnold vurublar.
Qeyd edək ki, 19 turdan sonra "Liverpul" 52 xalla birinci yerdə, "Lester" isə 39 xalla ikinci yerdə qərarşlaşıb.
Xatırladaq ki, "Liverpul"un 18-ci turdakı oyunu klubun Klublararası Dünya Çempionatının finalında iştirakı səbəbi ilə təxirə getmişdi. Beləliklə, "Liverpul"un ehtiyyatda bir oyunu qalır.