...

UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürüldü - SİYAHI

İdman Materials 28 Dekabr 2019 18:37 (UTC +04:00)

Bakı. Trend:

UEFA-nın ayırdığı vəsait artıq klubların hesabına köçürülüb.

AFFA-dan Trend-ə bildirilib ki, 2018/19-cu il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı siyahıya uyğun olaraq UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

"Neftçi" - 56,794.43 avro
"Səbail" - 56,794.43 avro
"Qəbələ" - 56,794.43 avro
"Zirə" - 56,794.43 avro
"Sumqayıt" - 56,794.43 avro
"Sabah" - 56,794.43 avro
"Keşlə" - 56,794.43 avro

Qeyd edək ki, "Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti