...

Gerye yenidən Türkiyəyə qayıda bilər

İdman Materials 19 May 2020 20:49 (UTC +04:00)
Gerye yenidən Türkiyəyə qayıda bilər

Bakı. Trend:

“Neftçi”nin haitili legioneri Donald Geryenin klubu tərk edəcəyi ilə bağlı xəbərlər var.

Trend-in məlumatına görə, futbolçunun yenidən “Qarabağ”a qayıdacağı gözlənilsə də hazırda ona yeni təkliflər var. Futbolçunun keçmiş klubu Türkiyə Superliqasında çıxış edən “Alanyaspor” onu öz heyətində görmək istəyir. Hələlik Gerye qərarını verməyib. Əgər “Neftçi” ilə müqaviləni uzatmasa, onun Türkiyəyə yollanacağı istisna edilmir.

Gerye 2018-ci ildə məhz “Alanyaspor” klubundan “Qarabağ”a transfer olunub, daha sonra karyerasını “Neftçi”də davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti