...

“Neftçi” macarıstanlı futbolçunu transfer edə bilər

İdman Materials 27 İyul 2020 19:34 (UTC +04:00)

Bakı. Trend:

Bu yay heyətinə 4 legioner qatan "Neftçi" daha bir əcnəbi futbolçunu transfer edə bilər.

Trend-in məlumatına görə, klubun macarıstanlı futbolçu Soma Novotnı ilə maraqlandığı bildirilir. Hazırda tərəflər arasında danışıqlar gedir.

Qeyd edək ki, karyerasına Macarıstanın "Veşprem" klubunda başlayan Soma Novotnı 2012-ci ildə "Napoli"yə transfer olunub.

“Neftçi” klubundan hələlik transferlə bağlı rəsmi məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti